"Hizbullah" silahı təhvil verməlidir - Fərman imzalandı - RTV

İsrailin hücumlarından sonra Livan hökuməti Hizbullahın hər hansı bir hərbi fəaliyyətinə dərhal qadağa qoyulması və hərəkatın silahlarını təhvil verməsi tələbi ilə bağlı fərman verib. Bu barədə xarici KİV məlumat yayıb.

Livanın baş naziri Nəvaf Salam kabinet iclasının sonunda hökumətin Livan ərazisindən başlanan hər hansı bir hərbi və ya təhlükəsizlik tədbirinə qarşı olduğunu vurğulayıb. O əlavə edib ki, Nazirlər Şurası hökumətin hüquqi institutları çərçivəsindən kənarda hər hansı bir hərbi əməliyyatı qəti şəkildə rədd edir. Baş nazir müharibə və sülhlə bağlı qərarların yalnız hökumətin əlində olduğunu vurğulayıb. Bunun üçün Hizbullahın fəaliyyətini məhdudlaşdırmaq və silahlarını təhvil verməsini tələb etmək lazımdır.