İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Quba rayon icra hakimiyyətində də ixtisarlar aparılıb. Məlumata görə, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 36 əməkdaşı vəzifəsindən azad edilib. Dəyişikliklə əlaqədar Quba rayon icra hakimiyyətində 36 vəzifəli ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər.
İcra başçısı İlqar Mahmudovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Məlumata görə, vəzifəsini itirənlərdən 31 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi və digər şəxslərdir.