Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı video məlumata əsasən, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanı ilə telefon danışığının səs yazısı yayılıb.
Mehdiyev əsasən rus dilində danışdığı şəxslərə Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təklif olduğunu deyir. O, həmin sənədi poçtla göndərəcəyini bildirir.