16 hindistanlı tələbə və digər xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub. Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.
İran İslam Respublikasında tibb sahəsi üzrə təhsil alan 16 Hindistan vətəndaşı olan tələbə sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub. Bundan əlavə, 3 Tacikistan və 1 Rusiya vətəndaşı da müvafiq sənəd yoxlanışı və digər prosedurlar həyata keçirildikdən sonra təhlükəsiz şəkildə Azərbaycan ərazisinə təxliyə olunub. Hazırda təxliyə prosesi aidiyyəti üzrə davam edir.