İran İslam Respublikasının Ekspertlər Şurası Müctəba Xameneyini İslam Respublikasının yeni ali rəhbəri seçib. Bu barədə Mehr Agentliyi məlumat yayıb. İran Ekspertlər Məclisinin üzvü Hüseyn Əli Əşkəvari daha əvvəl Xameneyinin adının İranın ali lideri olaraq qalacağını bildirib.
Əşkəvari əlavə edib ki, yeni lider seçilib və onun adı tezliklə rəsmilər tərəfindən açıqlanacaq. Xatırladaq ki, ali rəhbər vəzifəsinə bir neçə nəfər namizəd idi.