"İranla müharibə demək olar ki, başa çatır" - RTV

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrail İranı hərbi baxımdan ciddi şəkildə zəiflədib. Müharibə demək olar ki, sona yaxınlaşır. Tramp bunu CBC News telekanalına müsahibəsində deyib. Trampın sözlərinə görə, İranın artıq donanması, rabitə sistemi və hərbi hava qüvvələri faktiki olaraq qalmayıb.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı müxtəlif addımlar ata bilər. Onun sözlərinə görə, hazırda boğaz açıqdır, gəmilər hərəkət edir. Lakin ABŞ-nin bu strateji keçidi nəzarətə götürməsi məsələsi də müzakirə olunur. Tramp İranın yeni ali lideri ilə bağlı sualı şərh etməyib.