KİV: Hakan Fidan İrana xəbərdarlıq etdi - RTV

Türkiyənin xarici işlər naziri Hakan Fidan İralı həmkarı Abbas Əraqçı ilə telefon danışığında ölkəsinin hava məkanının İran tərəfindən pozulmasının qəbul edilməz olduğunu bildirib. O, Ankarının bu məsələ ilə bağlı zəruri cavab tədbirləri görməyə davam edəcəyini deyib.

Bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb. O, həmçinin bildirib ki, münaqişənin bütün tərəfləri regional təhlükəsizliyə xələl gətirə biləcəyi və mülki şəxslər üçün təhlükə yaradan hərəkətlərdən çəkinməlidirlər, deyə agentliyin məlumatlandıran mənbə qeyd edib.