Beauty Time salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barəsində cinayət işi açılıb. Könül külli miqdarda dələduzluqda ittiham olunur. Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər rayon polis idarəsində istintaq aparılır.
Qeyd edək ki, bir ay əvvəl tanınmış influencer Fidan Zeyn və Azerena da Həmzəyevadan şikayət edib. İnfluencerlər Xətai rayon polis idarəsinə müraciət edib və Həmzəyevanın onların 150 min manatını mənimsədiyini bildirib.