Məcburi köçkünlərə ŞAD XƏBƏR - RTV

Bakı şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri aparılacaq. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin elan etdiyi tender başa çatıb. Müsahibənin qalibi "Kəndahar" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İşlərə 430 min 610 manat xərclənəcək.