Məhkəmə Azər Qasımlı barədə QƏRAR VERDİ - RTV

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib. Ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 13 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi. İttihama görə Azər Qasımlı zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib. Qeyd edək ki, Azər Qasımlı barəsində olan müraciətlərlə əlaqədar o, 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü, hədə-qorxu ilə pul tələb etmə, zor tətbiq etməklə törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.