Məsud Pezeşkian üzr istədi - RTV

İran prezidenti Məsud Pezeşkian qonşu ölkələrdən üzr istəyib. O, müvəqqəti idarəetmə şurasının qərarına əsasən, İrana onların ərazisindən hücum edilmədikcə, qonşu ölkələrə hücumlar və ya raket atışları həyata keçirilməyəcəyini bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrail Katz, İsrail müdafiə qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran ABŞ-ın hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb. İkisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsinə hədəf alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.