Müdafiə nazirliyi məlumat yaydı - RTV

Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, İran İslam Respublikası Silahlı Qüvvələri tərəfindən 4 ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktları törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb. Digəri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəf alıb. Orta məktəb binasını hədəf alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb.

Qeyd olunanları nəzərə alaraq İran İslam Respublikasının silahlı qüvvələrindən aşkar inkarlığa son qoymağı, baş vermiş hadisəyə görə üzrxahlıq ifadə etməyi və İranın aidiyyəti qurumları tərəfindən günahkarların cəzalandırılmasını gözləyirik.