Müdafiə Nazirliyi xəbərdarlıq etdi - RTV

Müdafiə Nazirliyi xəbərdarlıq edib. İstehsal müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla, 16-19 mart tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Partlayış səsləri ilə əlaqədar əhalinin təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq, deyə məlumatda qeyd olunub.