Müdafiə Nazirliyindən xəbərdarlıq - RTV

Azərbaycan Müdafiə Nazirliyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq, martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçirəcəyini elan edib.

Müdafiə Nazirliyi yayımladığı məlumatda səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırıb və narahatlıq üçün heç bir əsasın olmadığını diqqətə çatdırıb.