Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış bu gün saat 10:00-dan etibarən bərpa olunub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 mart tarixli 66 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış müvəqqəti olaraq dayandırılmışdı.