“Papanin hospitalı”nın rəisi işdən ÇIXARILDI - RTV

Silahlı qüvvələrin baş klinik hospitalının rəisi vəzifəsindən azad edilib. Bu barədə RTv xəbər verir.

Müdafiə naziri general polkovnik Zakir Həsənov bununla bağlı əmr imzalayıb. Uzun müddət hospitala rəhbərlik etmiş tibbi xidməti polkovniki Elçin Abdullayev rəis vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

"Papanin hospitalı" kimi tanınan baş klinik hospitalın rəisi vəzifəsinə tibbi xidmət polkovniki Vüqar Paşayev təyin edilib.