Artıq 8 aydır Ermənistan-Azərbaycan sərhədində tam sülh bərqərar olub. RTV Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı danışıb. Sərhədyanı kəndlərin sakinləri artıq bir neçə aydır atəş səsləri eşitmir. Üstəlik, müstəqilliyin qazanılmasından sonra ilk dəfə olaraq 2025-ci ilin noyabrında Qatar Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Bu 2025-ci ilin oktyabrında Azərbaycan prezidentinin Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldıracağını elan etməsindən sonra baş verib. Mən bu qərarına görə Azərbaycan prezidentinə minnətdaram deyə Paşinyan bildirib.