RTV Rekord kanalında yayımlanan "Çərçivədən Kənar" verilişinin qonağı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu olub. Verilişdə aparıcı Türkan Məmmədli ilə Hüseyn Məhəmmədoğlu arasında maraqlı dialoqlar yaşanıb. Türkan Məmmədli Hüseyn Məhəmmədoğluna illər əvvəl ondan küsülü olduğunu xatırladıb. Hüseyn Məhəmmədoğlu isə bunun səbəbini Türkan Məmmədlinin ona haqsızlıq etməsi ilə əlaqələndirib.
Söhbət əsnasında Hüseyn Məhəmmədoğlu Azərbaycan musiqisində bayağılığın artmasından narahatlığını bildirib. O, sənət adamlarının daha diqqətli olmasının vacibliyini vurğulayıb. Hüseyn Məhəmmədoğlu həmçinin yaxınlarda yeni bir layihəyə başlayacağını qeyd edib. Layihə 65 Azərbaycan klarnet ifaçısının iştirakı ilə "Dəmir Yumruq" kompozisiyası olacaq.