Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq İran İslam Respublikasına humanitar yardım göndərilir. Yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə yola salınıb. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulu daxildir.
Bu barədə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ehtiyatlara nəzarət departamentinin direktoru Emil Həsənzadə məlumat verib. Onun sözlərinə görə, göndərilən yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.