Prezident sərəncam imzaladı - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası dövründə gəlirlər 17160 milyon manat, xərclər isə 14627 milyon manat məbləğində nəzərdə tutulur.

Fondun 2025-ci il büdcəsində gəlirlər üzrə artım 118,7%, xərclər üzrə artım isə 99,9% səviyyəsində olacaq.