Prezident sərəncam imzaladı - RTV

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin bir sıra işçiləri təltif ediliblər.

Prezidentin imzaladığı digər sərəncama əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bir sıra əməkdaşlarına ali xüsusi rütbələr verilib.