Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, adları Qırmızı Kitaba yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın birinci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməlidir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.