Prezident sərəncam imzaladı - RTV

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-7-ci KQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-7-ci KQD nömrəli Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Nazirlər Kabinetinə həmçinin həmin Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.