Prezident: "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələri, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər bütün xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Prezident Əliyev qeyd edib ki, qüvvələr istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.