RTV Rekord xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Dayaq” Ana və Uşaq İnkişafı İctimai Birliyi və Big Ben Kids Akademiyasının birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qayğıdan inkişafa: Güclü ana, sağlam nəsil” adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin artırılması və sağlam nəslin formalaşdırılmasında cəmiyyətin birgə məsuliyyətinin ön plana çıxarılmasıdır.
Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Liatris Holdinqin rəhbəri, iş xanımı Ruhiyyə Əliyeva və digər qonaqlar iştirak ediblər. Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artistləri İlqar Muradov və Fidan Hacıyeva çıxış edərək tədbir iştirakçılarına musiqi proqramı təqdim ediblər.