İntim görüntülər paylaşan TikToker saxlanılıb. Məlumata görə, 29 yaşlı Həmidxan Qafarov fevralın 26-da TikTok sosial şəbəkəsində saxta hesab yaradaraq qızla olan intim görüntülərini paylaşıb. Bu əməlinə görə o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tətbiq olunub.
Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və bir daha belə hallara yol verməyəcəyini deyib. Zərərçəkən şəxs Həmidxan Qafarovla barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib. Məhkəmənin qərarı ilə Həmidxan Qafarov 500 manat cərimələnib.