Salyan şəhərinin Qasımzadə küçəsində fiziki şəxs Əhmədov Samir Zehinoğluna məxsus fərdi yaşayış sahəsinə fəaliyyət göstərən "Dəf Kimi" əmtəə nişanlı qənd növü məhsullarının istehsalı sexində yoxlama keçirilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Baxış zamanı qida obyektində bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyun filtdən keçirilmədiyi, xammal anbarının təşkil edilmədiyi, hazır məhsullar üçün sahənin ayrılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.
Müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb. Fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.