Şəki sakini elektrik cərəyanı vurub. Bədbəxt hadisə rayonun Kiçik Dəhnə kəndində baş verib. Belə ki, 64 yaşlı Kiçik Dəhnə kənd sakini Ramiz Məcidov axşam saatlarında yaşadığı yaşayış evinin yaxınlığında yerləşən transformatorun içərisində olan elektrik naqillərinə toxunması onun həyatına son qoyub. Belə ki, o tok vurma nəticəsində hadisə yerində ölüb.
Sakinlərin bildirdiyinə görə mərhum bir sıra xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.