Serbiya səfiri Azərbaycana təşəkkür etdi - RTV

Serbiyanın İrandakı səfiri Damir Kovaçeviç diplomatik nümayəndəliyin əməkdaşlarının bu ölkədən təxliyyəsinə görə Azərbaycana təşəkkür edib. Səfir bu barədə Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsində jurnalistlərə açıqlamasında danışıb.

Xatırladaq ki, Serbiyanın İrandakı səfirliyinin beş diplomatı Azərbaycan vasitəsilə bu ölkədən təxliyə edilib.