Tehran və Vaşinqton dialoq aparır. İran tərəfi razılaşma əldə etməyə çalışır. RTv.az-a istinadən xəbər verilir ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən belə bir bəyanatla çıxış edib.
“Biz danışıqlar aparırıq, amma düşünmürəm ki, onlar hazırdırlar. Amma onlar kifayət qədər buna yaxındırlar. Onlar razılaşma əldə edilməsini çox istəyirlər”, - deyə ABŞ lideri bildirib.