Xameneinin yaralanması rəsmən təsdiqləndi - RTV

İranın yeni ali lideri Müctəba Xameneyi yaralanıb, lakin özünü yaxşı hiss edir. Bu barədə İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqayi deyib. O, "Yaralanıb, lakin özünü yaxşı hiss edir. Onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm" deyə bildirib.

Yeni ali lider postuna 3-4 namizəd var idi, lakin Ekspertlər Şurasında əksəriyyət onu seçdi deyə Baqayi qeyd edib. Xatırladaq ki, 56 yaşlı Xameneyi atası Seyid Əli Xameneyinin fevralın sonu öldürülməsindən sonra İranın yeni ali lideri seçilib. Xarici mediada onun İrana aviazərbələr zamanı yaralanması barədə xəbərlər yayılmışdı.