Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən qatar maşinisti kursları müvəffəqiyyətlə başa çatıb. Artıq altı gəncə maşinist vəsiqələri təqdim olunub. Sevindirici hal isə ondan ibarətdir ki, altı gəncimizdən biri məhz xanım maşinistdir.
Hazırda qatar maşinisti peşəsi üzrə təcrübə proqramına qeydiyyat və yeni kurslar davam etdirilir. Təcrübələrimizin altısı artıq uğurla imtahanlardan keçərək maşinist vəsiqəsi ilə təmin olundu. Məlumat üçün bildirmək istəyirəm ki, məhz maşinist sahəsi Bakı Metropoliteninin əsas və ayrılmaz sahələrindən biridir ki, bütün fəaliyyətimiz sırf onların əziyyəti və onların fəaliyyəti üzərindən qurulur.
Qeydiyyatdan keçən və ilkin tələbləri ödəyən namizədlər əvvəlcə ənənəvi qaydada nəzəri biliklərə yiyələnir. Sonra metropolitenin əsas sahələri ilə əyani tanış olurlar. Onlara vaqon, təmir, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris edilir. Bu mərhələdə müdavimlərə doqquz fənn üzrə 464 saat məşğələ keçirilir. Müsahibə prosesini komissiya tərəfindən ortaq qərarla uğurla keçmiş namizədlər artıq müdavim olaraq maşinist hazırlıq kursuna cəlb olunurlar. Maşinist hazırlıq kursu isə toplam altı ay davam edir. Bunun üç ay yarımı nəzəri hissə, iki ay yarımı isə sırf praktik hissə olur. Praktik hissədə həm trenajor, həm də sahədə, yəni real qatar üzərində praktik vərdişlərə yiyələnirlər və yekunda təkrar imtahana cəlb olunurlar. Yekun imtahanda uğurla keçən namizədlər artıq maşinist vəsiqəsinə nail olurlar. Namizədlər üçün qoyulan tələblər 22-35 yaş arası olmalıdır və texniki təhsilə malik olmalıdır və eyni zamanda hərbi mükəlləfiyyəti tamam olmalıdır. Qadınlar xeyr.