"Yorğanı qaldıranda gördük ki, qanın içindədir" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - RTV

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. İlkin məlumatlara görə, 1980-ci il təvəllüdlü Zəfər Məmmədov birlikdə kirayə qaldığı mənzildə öz tanışı tərəfindən qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinin nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hüseyn Həsənov saxlanılaraq istintaqa cəlb olunub. Hazırda məsələ ilə bağlı araşdırma davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, martın 3-də paytaxtın Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. İlkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.