Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni təyinat olub. Loğman Məmiyev qurumun idarə heyətinin sədrinin müşaviri təyin edilib. Bu barədə idarə heyətinin sədri Vüsal Nəsirlinin müvafiq əmri imzalanıb.
Xəbəri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Qeyd edək ki, Loğman Məmiyev Binəqədi Oil Company şirkətində kadrların idarə edilməsi və inzibati-ictimai fəaliyyət departamentinin müdiri olub.