11 fevralın hava proqnozu açıqlandı - RTV

Azərbaycanda fevralın 11-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, ayın 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq. Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Bəzi yolların buz bağlayacağı ehtimalı var.