15 aprelin hava proqnozu açıqlandı - RTV

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 15 aprel tarixində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısa müddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 13-16 dərəcə təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər cənub-qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 6-9 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.