Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 16 aprel tarixində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz isə 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60% arasında dəyişəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gündüz bəzi yerlərdə qısa müddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 5-9 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti qeydə alınacaq.