Güclü külək əsəcək - 28 iyulun hava proqnozu açıqlandı - RTV

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava quru keçəcək.

Şimal-qərb küləyi günün ikinci yarısında mildən şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25, gündüz 29-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən quru keçəcək.

Bəzi dağlıq ərazilərdə arabir duman olacaq.

Qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Dağlarda isə gecə 15-20, gündüz 25-35 dərəcə isti gözlənilir.

Bəzi yerlərdə isə temperatur 40-41 dərəcəyə çatacaq.