Tiktoker "Arzum"dan xəbər var: "Gecələr yatmır, təcili yardım çağırdıq" - RTV

Ötən ilin iyununda həbs edilən "Arzum" ləqəbli sosial media istifadəçisi İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Ona sosial şəbəkəyə girmədi, telefondan istifadə etməyə qadağa qoyulub.

Tiktokerin köməkçisi sosial şəbəkədə canlı yayımla onun durumunu açıqlayıb. O bildirib ki, Arzum gecələr yata bilmir. "Bütün günü düz baxır. Deyir beynim sönmür, yata bilmirəm. Təcili yardım çağırdıq, iynə vurdular. Ondan sonra bir az yatıb."

Qeyd edək ki, hadisə ötən ilin iyununda Vərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Əməl Məlikov hadisə yerində ölüb. Həyat yoldaşı Sənubər Müradova isə ağır xəsarət alıb.

Açıqlanan cəzadan asan Hacıyeva 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalından həbs olunaraq ümumi rejimli cəza çəkmə müəssisəsinə göndərilib.

Daha sonra isə apellyasiya məhkəməsi keçirilib və tiktoker ev dustaqlığına buraxılıb.