Azərbaycanda fevralın 24-ə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-13 dərəcə isti. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.