Azərbaycanda bu ilin ilk yarım ilində 815 kişi ödənişli atalıq məzuniyyətinə çıxıb. Bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində elektron qaydada rəsmiləşdirilən bu məzuniyyətlər sayəsində atalar övladlarının ilk günlərində onlarla daha çox vaxt keçirə biliblər.