Bakıda bədbəxt hadisə: İki nəfər xəstəxanalıq oldu - RTV

İyulun 27-də Bakı şəhərində baş verən iki bədbəxt hadisə ilə bağlı TƏBİB-in məlumat mərkəzinə müraciətlər daxil olub.

Yaxın Şərq ölkələrində kəskin küləkli hava şəraiti ilə əlaqədar iyulun 27-də Bakı şəhərində iki bədbəxt hadisə baş verib. Bu barədə TƏBİB-in sorğusuna cavab olaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Məlumata görə, saat 07:55-də Səbail rayonu, Xəqani küçəsi ərazisində qeydə alınan hadisə zamanı bir qadın klinik tibbi mərkəzə hospitalizasiya edilib.

Həmçinin, saat 10:25-də Nəsimi rayonu, Atletlər kəndi ərazisindən daxil olan çağırış zamanı bir kişi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.