Kürdəmirdə ağır yol qəzası baş verib. Hadisə Ağsu-Kürdəmiz yolunda qeydə alınıb.
Ağsu istiqamətində hərəkət edən Əli İsmayıl oğlu Nəbiyevi idarə etdiyi Daewoo Nexia markalı avtomobil yol kənarında dayanan iki avtomobilə – VAZ 2106 markalı avtomobilə çırpılıb.
Nəticədə, həmin avtomobillərin birində olan sərnişin, Kamran Məmmədov ağır xəsarət alıb. O, xəstəxanaya aparılarkən vəfat edib.
Faktla bağlı Kürdəmirdə rayon polis şöbəsinin cinayət işi başlanaraq istintaqa aparılır.