Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul hazırlanır. Kredit risklərinin sığortalanması təsdiqlənəcək qaydalarda nəzərdə tutulan hallarda, ödənilə bilməyən borcun üçüncü tərəfin vasitəsilə həyata keçirilməsini təmin edəcək. Bu barədə deputat Vüqar Bayramov sosial media hesabında məlumat verib. Deputat bildirdi ki, borc alanların həyatı, ölmü və ya əmək qabiliyyətinin itirilməsi halları sığortalanacaq. Bu, bank sektorunda mütərəqqi dəyişiklik olmaqla yanaşı, bankların risklərini də azaldacaq. Kredit risklərinin sığortalanması həm vətəndaşların, həm də bankların maliyyə baxımından qorunmasını təmin edəcək.