Gürcüstanda azərbaycanlı gənc başından güllələndi - RTV

Ötən gün Gürcüstanda Azərbaycanlı gənc güllələndi. Hadisə saat 22:30 radələrində Marneuli bələdiyyəsinin Candar kəndində baş verib.

31 yaşlı Rəhib Əbdüllayev gecə saatlarında yaşadıqları mənzildə tanışı tərəfindən pnevmatik tapançadan atılan atəşlə ağır xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Vəziyyəti orta ağırlıqdadır.

Hadisə vaxtı üç dəfə atəş açılıb. Rəhib Əbdüllayev ağız və baş nahiyəsindən ağır zədələr alıb.