Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda gənc oğlan qəfil vəfat edib.
Ordubad rayonunun Vənənd kənd sakini, 25 yaşlı Elvar Babayev səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib. Yüksək qan təzyiqi səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Bu xəbər Elvar Babayevin ailəsinə çatdıqdan bir qədər sonra, Elvarın anası Fatimə xanım da ürək tutmasından vəfat edib. Oğlunun ölümündən sarsıntı keçirdiyi qeyd olunub.