Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hidrometeoroloji proqnozlar bürosunun direktoru Gülsad Məmmədova RTV-yə açıqlamasında bildirib ki, hazırda havadakı tozun miqdarı normadan 1.4-1.7 dəfə çoxdur.
Gülsad Məmmədovanın sözlərinə görə, bu tozlu hava şəraitinin səbəbi metrologi şəraitlə əlaqədardır və bu, lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır.
Bu tozlu hava şəraitinin sintaktik şəraitlə əlaqədar olaraq sabah günəşə qədər davam edəcəyi gözlənilir.