5 iyunun hava proqnozu açıqlandı - RTV

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Gecə bəzi yerlərdə duman müşahidə olunacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18, gündüz 24-29 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Gündüz bəzi yerlərdə qısa müddətli intensivləşən yağış və şimşək çaxacağı ehtimal olunur.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Dağlarda gecə 7-12, gündüz 15-19, bəzi yerlərdə 21-25 dərəcə isti olacaq.