Cəlilabad rayonunda 58 yaşlı kişi bıçaqlanıb. Hadisə aprelin 8-də rayon mərkəzinin Məhəmməd Hadi küçəsində baş verib.
Rayon sakini, 1968-ci il təvəllüdlü Qurban Qasımov bıçaq xəsarəti ilə xəstəxanaya hospitalizasiya olunub.
Araşdırmalarla məlum olub ki, Qurban Qasımov qohumu, 1994-cü il təvəllüdlü Fərid Qasımovla mübahisə edib. Mübahisə nəticəsində Fərid Qasımov bıçaqla Qurban Qasımovu ayaq nahiyəsindən bıçaqlayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Fərid Qasımov saxlanılıb. İlkin ehtimala görə, hadisə söyüşə görə baş verib. Qurban Qasımov Fərid Qasımovun atasının əmisi nəvəsidir.
Faktla bağlı araşdırma aparılır.