İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağışsız keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava əsasən yağışsız keçəcək. Lakin bəzi şərq rayonlarında qısamüddətli, intensiv yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 28-33 dərəcə isti olacaq. Dağlarda isə gecə 8-13, gündüz 15-20 dərəcə isti gözlənilir.